Cari ilin noyabr ayında miqrasiya rejimini pozduqlarına görə 400-ə yaxın əcnəbi vətəndaş Azərbaycandan deportasiya olunub. Bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti məlumat verir.
Ötən ay 393 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərar qəbul edilib.
Bundan başqa, 1,301 min əcnəbinin respublika ərazisini 48 saat ərzində tərk etməsi qərara alınıb.
Ümumilikdə noyabrda 1,848 min qanunsuz miqrant aşkar edilib.
Onlardan 12-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 142 nəfərin ölkə ərazisində yaşaması leqallaşdırılıb.
R.Babayev