Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçünümumi müsahibə elan edir.
Məlumata əsasən, müsabiqə 10 dekabr tarixində 34 vakant dövlət qulluğu vəzifəsi üçün keçiriləcək.
Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 32-si mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli təşkilatlarında, 2-si isə məhkəmə orqanlarındadır.
Müsahibədə dövlət qulluğunda inzibati vəzifələrdə azı 5 il çalışmış şəxslər iştirak edə bilərlər. Sənədlər 29 dekabr tarixinədək qəbul olunacaq.
B.Rüstəmbəyov