Bakı Dövlət Universitetində (BDU) tanınmış aktrisa Türkan Şorayla görüş keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib.
Görüş zamanı BDU-nun rektoru Abel Məhərrəmov aktrisaya “Universitetin ən böyük dostu” mükafatını və qızıl medalını təqdim edib.
Rektor aktrisanın qızı, T.Şorayın rejissoru olduğu“Uzaqlarda arama” filmində Dəniz obrazını canlandıran Yağmur Ünala isə BDU-nun gümüş medalını hədiyyə edib.
T.Şoray çıxış edərək BDU-da olmaqdan böyük həyəcan və məmnunluğunu ifadə edib. “Universitet kollektivi və tələbələr mənə çox duyğulu anlar yaşatdı. Həyəcandan qəlbim, ürəyim titrədi. Etiraf edim ki, bu qarşılanma mənə sevinc göz yaşları yaşatdı”,- deyə o qeyd edib.
Sonra T.Şoray universitet tələbələrinin suallarını cavablandırıb.
Görüşdə BDU-nun Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım da çıxış edib.
A. Zeydullayeva