Azərbaycan prezidenti İlham Əliyevə Renmin Universitetinin (Çin Xalq Universiteti) “Tarix üzrə fəxri professor” diplomu təqdim edillib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Çinə dövlət səfəri çərçivəsində prezident İ.Əliyev Renmin Universitetində olub və universitetin rektoru Liu Veylə görüşüb.
Görüşdə ölkələr arasında müxtəlif sahələrdə, xüsusilə siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişaf etdiyi bildirilib. Tərəflər təhsil sahəsində əməkdaşlığın, xüsusilə universitetlərarası əlaqələrin genişləndirilməsinin, tələbə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Vurğulanıb ki, prezident İ.Əliyevin Çinə dövlət səfəri ölkələr arasında bir sıra sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın inkişafına töhfə verəcək.
Sonra rektor L.Vey Azərbaycan prezidentinə rəhbərlik etdiyi universitetin “Tarix üzrə fəxri professor” diplomunu təqdim edib.
Mərasimdə çıxış edən dövlət başçısı Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün ortaq siyasi iradənin mövcud olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini deyib, Azərbaycanın da “Vahid Çin” prinsipini dəstəklədiyini diqqətə çatdırıb.
İ.Əliyevin Çinə dövlət səfəri başa çatəb.
R.Babayev