Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə QafarovaParis şəhərində keçiriləcək Avropa ŞurasıParlament AssambleyasınınMiqrasiya komitəsinin iclasında iştirakedəcək.
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, bu məqsədlə deputat dekabrın 13-dən 17-dək Fransada səfərdə olacaq.
ToplantıdaAralıq dənizi vasitəsi ilə miqrant axını, miqrantlaraqarşızorakılığınaradan qaldırılması, onların sığınacaq problemləri və digər məsələlər müzakirə olunacaq.
Bundan başqa, S.Qafarova Fransa Milli Assambleyasında “Avropada miqrant və qaçqın böhranına humanitar və siyasi münasibət” mövzusunda konfransda da iştirak edəcək.
R.Babayev