SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
1954A nömrəli estakadayanı meydançada 2681 nömrəli quyu Qirməki Altı Lay Dəstəsinə qazılıb.
Quyu sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
N.Abbasova