Nazirlər Kabinetinin qərarı ilə avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri təhlükəsizliyi təmin olunmalı məhsulların siyahısına daxil edilib. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) məlumat verilib.
Qərara əsasən, ölkəyə idxal edilən, həmçinin istehsal edilən avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri yalnız sertifikatlaşdırıldıqdan sonra dövriyyəyə buraxıla bilər.
“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi 3 sertifikatlaşdırma orqanının fəaliyyət sahəsində avtonəqliyyat vasitələrinin ehtiyat hissələrini sertifikatlaşdırmaq nəzərdə tutulub. Bunlar “AzeSert” MMC, “Azcertcenter” MMC və “TexnoSert” MMC-dir”, - deyə məlumatda deyilir.
Komitə istehlakçılara akkreditasiya olunmuş qurumlar tərəfindən təhlükəsizliyi təsdiq olunmamış, sertifikatlaşdırılmayan ehtiyat hissələrini almamağı tövsiyə edir.
Məlumatda qeyd edilir ki, sertifikatlaşdırma insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuranməhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısını almaq üçün keçirilir.
N.Abbasova