Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları respublika ərazisində 10 kq-dan çox narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısını alıblar. Bu barədə DSX-nin mətbuat xidməti məlumat verir.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasına gətirilməsi üçün dövlət sərhədi yaxınlığında gizlədilmiş 2 ədəd bağlamada 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək və 30 ədəd “Metadon” adlı həb aşkar edilərək götürülüb.
R.Babayev