Rusiyanın “Merkuriy-Invest” şirkəti azərbaycanlı iş adamlarına bir sıra layihələr təqdim edib. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
“Merkuriy-Invest” azərbaycanlı iş adamları ilə əməkdaşlıq qurmaq istəyir. Şirkət investorlara Ufada logistik mərkəz inşa etməyi təklif edir, həmçinin “Merkuriy” ticarət mərkəzini icarəyə verməyə hazırdır”,- deyə fonddan bildirilib.
“Merkuriy-Inves” şirkəti (baş ofisi Başqırdıstanın Ufa şəhərində yerləşir) daşınmaz əmlakın alqı- satqısı və icarəsi sahəsində vasitəçilik xidmətləri göstərir.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
N.Abbasova