Prezident İlham Əliyev Zamiq İsmayılovu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini təyin edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QSC-dən məlumat verilib.
Bundan başqa, Cəbrayıl Mahmudlu QSC sədrinin təchizat, nəqliyyat və sosial məsələlər üzrə müavini təyin edilib.
“Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb. QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir.
N.Abbasova