“Fitch Ratings” beynəlxalq reytinq agentliyi keçmiş sovet ölkələrində dəmir yolu şirkətlərinin proqnozunu “sabit”dən “mənfi”yə dəyişib.
“Fitch Ratings” cümə günü “Avropanın və keçmiş SSRİ ölkələrinin dəmir yolu sektoru” hesabatını dərc edib.
Agentlik bildirir ki, 2016-cı ildə dəmir yolu nəqliyyatı şirkətləri üzrə sahə proqnozu Avropa ölkələri üçün sabit, SSRİ ölkələri üçün mənfidir.
“Biz Avropanın dəmir yolu şirkətlərinə tələbatın çox olmasını və əməliyyat xərclərinin yaxşılaşmasını gözləyirik, belə ki, neftin aşağı qiymətləri mənfəət və zərərə, eləcə də pul axınının investisiya planları və səhmdarlara ödənişlərlə generasiya olunmasına təsir göstərəcək. Eyni zamanda, Avropada iqtisadiyyatın zəifləməsi və güclü rəqabət yaxın vaxtlarda nəqliyyat və logistika biznesinin inkişafına təsir göstərə bilər”,- deyə hesabatda qeyd edilir.
Keçmiş SSRİ ölkələrində dəmir yolu şirkətləri üzrə proqnoz milli valyutaların məzənnəzinin aşağı düşməsi və yükdaşımaların həcminə zəif fundamental bazar amillərinin təzyiqi fonunda “sabit”dən “mənfi”yə dəyişib. “Biz 2016-cı ildə keçmiş SSRİ ölkələrinin əksəriyyətində bazarın əsas göstəricilərinin zəif olması və neftin nəqli üçün boru kəmərlərindən istifadənin artması nəticəsində həcm və dərəcələrə təzyiqin saxlanılmasını gözləyirik”, - deyə agentlik bildirir.
Agentlik hesab edir ki, reytinqə malik şirkətlərin əksəriyyəti 2016-cı ildə bazarın zəif əsas göstəriciləri nəzərə alınmaqla kredit ödəmə qabiliyyəti göstəricilərinə görə məhdud davamlılıq ehtiyatına malik olacaqlar. Keçmiş SSRİ ölkələrində artan faiz dərəcələri faiz ödənişlərinin təmin edilməsi göstəricilərində özünü göstərəcək.
“Dəmir yolu sahəsində tənzimləyici dəyişikliklər davam edir. Böyük Britaniyanın sərnişindaşıma şirkətləri Londondan kənar ərazilərdə avtobusla sərnişindaşımada françayzinq modelinin qəbul edilməsi formasında potensial tənzimləyici dəyişikliklərlə qarşılaşacaqlar, lakin qısamüddətli risk aşağıdır. Keçmiş SSRİ ölkələrində cari dəmiryol islahatları şirkətlər üçün qeyri-müəyyənlik yaradır.
A.Əzizov