Maliyyə Nazirliyi dövlət büdcəsinin müdafiə olunan maddələrinin tam maliyyələşdirilməsini təmin edəcək. Bu barədə maliyyə naziri Samir Şərifov cümə günü keçirilən kollegiya iclasında bildirib.
“Əmək haqqı, sosial müavinətlər, pensiya və digər sosial ödənişlər daxil olmaqla, Azərbaycanın dövlət büdcəsinin müdafiə olunan maddələrinin zamanında maliyyələşdirilməsi təmin olunacaq. Bununla yanaşı, qeyri-prioritet təşkil edən xərclərin qənaət edilməsi siyasətini və büdcə təşkilatlarının vəsaitlərinin səmərəsiz istifadəsinin qarşısının alınmasına dair tədbirlər həyata keçirmək lazımdır”, - deyə S.Şərifov qeyd edib.
Onun sözlərinə görə, ortamüddətli dövrdə, 2016-2019-cu illərdə nazirlik fiskal birləşmə, iqtisadiyyatın sabitliyinin təminatı, iqtisadiyyatın aparıcı sahələrinin şaxələndirilməsi və modernləşməsi, dövlət xərclərinin səmərəliliyinin artırılmasına yönələn büdcə siyasəti yürüdəcək.
S.Şərifov bildirib ki, bu cür siyasətin yürüdülməsi Azərbaycanın ümumi və dövlət büdcəsinin gəlirlərinin azalması ilə müşayiət olunan əlverişsiz xarici vəziyyətlə əlaqədardır.
Nazir əlavə edib ki, 2016-cı ilə büdcənin təşkil olunamsı zamanı maliyyə idarəsi valyuta daxilolmaları, ödəniş balansının müsbət saldosu, milli valyutanın qismən devalvasiyası, iqtisadi artım templərinin sürətinin azalması daxil olmaqla, bütün mənfi tendensiyalıarı nəzərə alıb.
A.Əzizov