“Standard & Poor`s” kredit reytinqləri xidməti “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) uzunmüddətli reytinqini "ВВ+"-dan "ВВ-"-dək azaldıb. Bu barədə agentlikdən məlumat verilib.
Reytinqin proqnozu “mənfi” səviyyəsində təsdiq edilib.
Bununla belə, ADY reytinqini təkrar baxış üçün təqdim edib.
Məlumatda qeyd qeyd olunur ki, noyabrın sonunda ADY kreditlərin birinin ödənişi üzrə 3 günlük gecikməyə yol verib, bu da bəzi bürokratik prosedurlarla əlaqədar olub.
Kredit üzrə ödənişin gecikməsi nəticəsində agentlik ADY ilə Azərbaycan hökuməti ilə əlaqəsinin qiymətləndirməsini “çox güclü”dən “güclü”yə dəyişib. Bununla əlaqədar, ADY-nin hökumət tərəfindən zamanında və dərhal yardımın təqdim olunması imkanının qiymətləndirilməsi “çox yüksək”dən “yüksək”ə qədər azaldılıb.
Bununla yanaşı, agentlik ADY-nin hökumət üçün rolunu “çox mühüm” kimi qiymətləndirməyə davam edir.
Məlumatda qeyd olunur ki, reytinqinin təkrar baxılmasına təqdim olunması ADY-nin fəaliyyətinə hökumət nəzarəti sistemi yaxşılaşmasa, iki pillə - “B” reytinqinə qədər azalma ehtimalını əks etdirir. ADY-nin reytinqinə 90 gün ərzində təkrar baxılacaq. Bu müddət ərzində agentlik Azərbaycan hökumətindən ADY-ya dəstək göstərməyə dair daha aydın məlumat əldə etməyə ümid edir.
A.Əzizov