İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İran hökumətlərarası komissiyasının növbəti onuncu iclası dekabrın 22-də Tehranda keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Bakıdakı səfri Möhsin Pakayin verilib.
Səfir iclasda hansı məsələlərin müzakirə olunacağı barədə məlumat verməyib.
Komissiyanın 9-cu iclası 2014-cü il avqustun 5-6-da keçirilmişdi.
Azərbaycan tərəfindən komissiyanın həmsədri Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, İran tərəfindən rabitə və informasiya kommunikasiyaları naziri Mahmud Vaizidir.
F.İsazadə