2015-ci ilin noyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri oktyabr ayı ilə müqayisədə 7,1% ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilir.
Noyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri mədənçıxarma sənayesi üzrə 18,2%%, o cümlədən xam neft və təbii qaz hasilatı üzrə 8,2 % azalıb, metal filizlərinin istehsalçı qiymətləri 2,3% artıb.
Noyabr ayında emal sənayesi üzrə isə istehsalçı qiymətləri 1,4% ucuzlaşıb.
Ay ərzində metallurgiya məhsullarının (6,8%), kimya məhsullarının (5,8%), neft məhsullarının (1,9%), kağız və karton məhsullarının (0,3%), rezi və plastik məmulatlarının (0,2), ərzaq məhsullarının (0,1) istehsalçı qiymətlərində azalma müşahidə olunub.
Noyabr ayında iski istehsalı (1,2%) və tikinti materiallarının (2,2%) istehsalçı qiymətləri artıb.
N. Abbasova