Azərbaycanda “Neft-qaz hasilatı texnologiyası və neft emalı məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitə yaradılıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Texniki Komitənin yaradılması haqqında əmr imzalayıb.
“Neft-qaz hasilatı texnologiyası və neft emalı məhsullarının standartlaşdırılması” üzrəTexniki Komitənin yaradılmasında əsas məqsəd milli standartlaşdırma proqramına uyğun olaraq aparılan işləri beynəlxalq təcrübəyə uyğunlaşdırmaq və neft-kimya sahəsində mövcud standartların təkmilləşdirilməsi, yeni standartların hazırlanmasıdır.
Texniki Komitəyə ümumilikdə 17 dövlət müəssisəsi və onların struktur bölmələrinin əməkdaşları üzv seçilib
A.Əzizov