Ağdaş rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həlak olub. Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.
Yerli sakin Etibar Səfərovun idarə etdiyi “Mercedes” markalı avtomobil və paytaxt sakini Tural Bayramovun idarə etdiyi “Geely” markalı avtomobillərin toqquşması insan tələfatına səbəb olub.
Yol qəzasında T.Bayramovun qızı Ayan Bayramova və sərnişin Hüseyn Bayramlı həlak olublar. Qəza nəticəsində xəsarət alan digər sərnişin xəstəxanaya yerləşdirilib.
R.Babayev