İstirahət günləri Azərbaycan ərazisində 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb. Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Daha 10 nəfər yol qəzaları nəticəsində yaralanıb.
Bundan başqa, şənbə və bazar günləri respublika ərazisində 163 cinayət hadisəsi qeydə alınıb, onların 567-si “isti izlər”lə açılıb.
İstirahət günləri hüquq-mühafizə orqanları tərəfindən cinayətlərin törədilməsində şübhəli bilinən 103 nəfər saxlanılıb.
Həmçinin, narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
R.Babayev