Asiya İnkişaf Bankı (AİB) 2016-2018-ci illərdə keçiriləcək əməliyyatlar üzrə biznes-plan hazırlayıb. Bu barədə bankın məlumatında bildirilir.
“Biznes-plan Azərbyacana öz iqtisadiyyatını şaxələndirməyə və qeyri-neft sahəsinin dayanıqlı artımına kömək edəcək. Biznes- plan nəqliyyat energetika, su təchizatı, şəhər infrastrukturunun yaxşılaşadırılması sahələrində infrastruktur layihələrini əhatə edir.
Biznes-plana əsasən, kreditləşmə proqramı hökumət tərəfindən $1,1 mlrd. dəyərində qiymətləndirilir.
“Bu AİB-in bu dövrdə kreditləşmə üçün nəzərdə tutulmuş $760 mln. məbləğində vəsaitini üstələyir. Buna görə, bu fərqin aradan qaldırılması üçün hökumətlə birgə maliyyələşdirmə məsələləri müzakirə olunacaq”,- deyə məlumatda qeyd edilir.
Bundan əlavə, bu üç illik dövrdə bankın texniki yardm proqramı $3,8 mln. təşkil edir. “Texniki yardımın birgə maliyyələşdirilməsi məsələsi öyrəniləcək”,- deyə məlumatda qeyd edilir.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. AİB 1999-2015-ci illərdə Azərbaycana $2,1 mlrd. kredit və texniki yardım ayırıb.
A.Axundov