Nazirlər Kabinetinin təsdiqlədiyi 462 xidmətdən 345-i “Elektron hökumət” (www.e-gov.az) portalına inteqrasiya olunub.Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
Bu il dekabrın 1-nə olan məlumata əsasən, 345 xidmət “Elektron hökumət” (www.e-gov.az) portalına inteqrasiya olunub, bu da hökumətin təsdiq etdiyi xidmətlərin ümumi siyahısının 75%-ni təşkil edir.
Xəbər verildiyi kimi, Nazirlər Kabineti 24 noyabr 2011-ci il tarixində “Elektron xidmət növlərinin Siyahısı”nı təsdiq edib.
"Elektron hökumət" portalı 2012-ci ilin aprel ayından istifadəyə verilib.
N.Abbasova