Azərbaycanın baytarlıq mütəxəssisləri ölkəmizə heyvandarlıq məhsulları tədarük etməkdə maraqlı olan Rusiya müəssisələrinin təftişinə başlayıblar. Bu barədə “Posselxoznadzor” məlumat verir.
Bu, azərbaycanlı mütəxəssislərin cari ildə Rusiyaya ikinci səfəridir. Onlar avqust ayında Rusiyanın 5 regionunda mal və quş əti istehsal edən 7 müəssisənin fəaliyyətini qiymətləndiriblər. Həmçinin nəzarət xidmətlərinin, heyvandarlıq məhsullarının analitik laboratoriyalarının işi qiymətləndirilib.
İlk təftişin yekunlarına əsasən, Azərbaycan tərəfi “Posselxoznadzor”a hesabat göndərib. Bu hesabata Rusiya xidmətindən geniş şərhlər verilib. İlin sonuna qədər bu informasiyanın analizinin başa çatdırılması və Azərbaycan bazarına giriş hüququ əldə edən Rusiya müəssisələrinin siyahısının əks olunduğu yekun hesabatın hazırlanması planlaşdırılır.