Aprel ayının 4-dən 9-dək Bakıda bəstəkar Qara Qarayevə həsr olunmuş III Respublika elmi-ifaçılıq müsabiqəsi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müsabiqənin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Bakı Musiqi Akademiyası (BMA) BMA-nın Orta İxtisas Məktəb Studiyasıdır.
Müsabiqə fortepiano, simli, nəfəsli, zərb, xalq alətləri və vokal nominasiyaları üzrə keçiriləcək.
Müsabiqə iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə məruzə və annotasiyalar dinləniləcək, ikinci mərhələ ifalara həsr olunacaq.
Müsabiqədə iştirak etmək üçün ərizə qəbulu gələn il fevral ayının 29-na qədər davam edəcək.
A.Zeydullayeva