Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 15-nə manatın dollara nisbətən rəsmi məzənnəsini dekabrın 14-də qeydə alınmış 1,0494 manat/$1 səviyyəsinə qarşı 1,0491 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0286% möhkəmlənib.
AMB dekabrın 15-nə manatın avroya nisbətən rəsmi məzənnəsini dekabrın 14-də qeydə alınmış 1,1501 manat/1EUR səviyyəsinə qarşı 1,1563 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,539% ucuzlaşıb.
Dekabrın 15-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi dekabrın 14-də qeydə alınmış 0,0149 manat/1RUR səviyyəsində saxlanılıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A. Axundov