2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 38 mln. 316 min ton təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 0,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-noyabr aylarında 27 mlrd. 93,9 mln. kubmetr (azalma 0,2%) qaz hasil olunub.
Hökumətin proqnozlarına əsasən, 2015-ci ildə Azərbaycanda neft hasilatı 41 mln. 234 min ton, qaz hasilatı 30 mlrd. 110 mln. kubmetr təşkil edəcək.
2014-cü ildə Azərbaycanda 41,9 mln. ton neft, 29 mlrd. 615,3 mln. kubmetr qaz hasil edilib.
N.Abbasova