Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 16-na manatın dollara nisbətən rəsmi məzənnəsini dekabrın 15-də qeydə alınmış 1,0491 manat/$1 səviyyəsinə qarşı 1,0495 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0381% ucuzlaşıb.
AMB dekabrın 16-na manatın avroya nisbətən rəsmi məzənnəsini dekabrın 15-də qeydə alınmış 1,1563 manat/1EUR səviyyəsinə qarşı 1,1477 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,7437% möhkəmlənib.
Dekabrın 16-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi dekabrın 15-də qeydə alınmış 0,0149 manat/1RUR səviyyəsində saxlanılıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov