Dekabrın 21-da saat 12:00-da “İnterfaks-Azərbaycan” agentliyində “Dayının yuxusu” tamaşası ilə Azərbaycanda qastrol səfərində olan SSRİ xalq artistləri Alisa Brunovna Freyndlix və Oleq Valeryanoviç Basilaşvilinin mətbuat konfransı keçirləcək.
Dekabrın 20-21-də Bakıda ilk dəfə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində G.A.Tovstonoqov adına Böyük Dram Teatrının qızıl fonduna daxil olan “Dayının yuxusu” tamaşası nümayiş olunacaq.
Mətbuat konfransında Qastrol Fəaliyyətinə Dəstək Federal Mərkəzinin baş direktoru Anton Aleksandroviç Proxorov, G.A.Tovstonoqov adına Böyük Dram Teatrının direktoru Tatyana Sergeyevna Arxipova, teatrın bədii rəhbərinin müavini, Rusiyanın əməkdar incəsənət xadimi İrina Nikolayevna Şimbareviç, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorunun müdiri Nahidə İsmayılzadə, S.Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyev, teatrın baş rejissoru Aleksandr Yakovleviç Şarovski iştirak edəcəklər.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07