Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 4-cü Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Forumda Rusiya prezidenti Vladimir Putin, YUNESKO-nun baş direktoru İrina Bokova, Rusiya Muzeylər Assosiasiyasının prezidenti, Ermitaj Muzeyinin direktoruMixailPiotrovski, Rusiyanın mədəniyyət naziriVladimirMedinski iştirak ediblər.
Üçgünlük beynəlxalq tədbirin iştirakçıları şəhərin 82 müxtəlif yerində keçirilən 250-dən çox mədəni hadisənin iştirakçısı olublar. Foruma 40-dək ölkədən 9 minə yaxın iştirakçı qatılıb. Forum 12 müxtəlif bölmədən ibarət olub.
A.Zeydullayeva