Yanvarın 19-da “Kapital Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə bankdan məlumat verilib.
“İclasda Müşahidə Şurasının tərkibinə dəyişikliklərin edilməsi məsələsinə baxılacaq”, - deyə məlumatda vurğulanır.
“Kapital Bank” Azərbaycanda 140 ildir fəaliyyət göstərir və hazırda aparıcı bankların beşliyinə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,87%) və fiziki şəxslərdir (0,13%).
A.Əzizov