İslam erkən nikahları təşviq etmir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı buna əmindir.
“Bəziləri erkən nikahı dinlə əlaqələndirirlər. Mənə Qurandan erkən nikahları təşviq edən ayə göstərin. Onlar yalnız hədislərdə yer alır ki, bu hədislərin də əksəriyyəti uydurmadır”, - deyə M.Qurbanlı “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, erkən nikah məsələsi nəinki Azərbaycanın, hətta bütün dünyanın problemi, eləcə də tarixi problemdir.
“Erkən nikah məsələsi dünya səviyyəsində məsələdir. Hətta qədim zamanlarda firon erkən nikahların qarşısını alan fərman vermişdi”, - deyə komitə sədri bildirib.
F.İsazadə