Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) "SOCAR Turkey LNG Satis A.S." şirkətinə (SOCAR-ın törəməsi) maye qazın bu ölkəyə idxalı üçün verilmiş lisenziyanı ləğv edib. Bu barədə Türkiyə KİV-ləri məlumat verir.
“EPDK-in “Resmi Gazete”də dərc edilmiş qərarına əsasən, 13 şirkətin müxtəlif fəaliyyət növləri üzrə lisenziyaları, o cümlədən “SOCAR Turkey LNG Satis A.S.” şirkətinə maye qazın idxalı üçün 30 il müddətinə verilmiş lisenziyası ləğv edilib”, - deyə məlumatda qeyd edilir.
Bu qərarın səbəbləri barədə açıqlama verilmir.
Xəbər verildiyi kimi, “SOCAR Turkey LNG Satis” 2014-cü il martın 13-də maye qazın Türkiyəyə idxalı üçün lisenziya alıb və bununla da Türkiyə bazarında belə lisenziyaya malik 56-cı şirkət olub.
N.Abbasova