Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub. Bu barədə nazirliyin məlumatında deyilr.
Müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazir, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb, onlara qiymətli hədiyyələr təqdim edib.
Z.Həsənov düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə də baş çəkib. Nazirə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib.
B.Rüstəmbəyov