Ötən sutka ərzində Azərbaycan ərazisində qeydə alınmış 100 cinayət işindən 31-nin üstü isti izlərlə açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət törətməkdə şübhəli bilinən 22 nəfəri saxlayıb. Baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər xəsarət alıb.
Bundan başqa, narkotiklərlə əlaqəli 6 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 45 nəfər tutulub.
R.Babayev