Dekabrın 21-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Mohammed El Qorchi tanışlıq məqsədilə Bakıya səfər edəcək.
“Dekabrın 21-də BVF-nin yeni rəhbəri qismində Azərbaycana səfərə gələcəyəm”, - deyə Mohammed El Qorchi “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, birgünlük səfər zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov, neft-qaz sektorunda rəhbər şəxslər və digərləri ilə görüşlər keçirəcək.
Mohammed El Qorchi 10 noyabr 2015-ci il tarixindən etibarən BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri kimi fəaliyyətə başlayıb. Daha əvvəl missiyaya Raca əl-Mərzuqi rəhbərlik edib.
A.Axundov