2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz ixracının həcmi $1 mlrd. 116,5 mln. təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc edilmiş 2015-ci ilin 9 ayı üzrə tədiyə balansı hesabatında qeyd edilib.
Xəbər verildiyi kimi, 2014-cü ilin 9 ayı ərzində Azərbaycanın qeyri-neft-qaz ixracının həcmi $1 mlrd. 180 mln. təşkil edib. Beləliklə, hesabat dövründə qeyri-neft-qaz ixracı 5,4% azalıb.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft-qaz ixracının xüsusi çəkisi ixracın ümumi həcminin 9%-ni təşkil edib.
Ötən il Azərbaycanın qeyri-neft-qaz ixracının həcmi 4% - $1 mlrd. 632 mln.-a qədər azalıb.
A.Əzizov