2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 399,1 mln. manat dəyərində tikinti materialları istehsal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikada 2 mln. 457,7 min ton sement (artım 9,7%), 177,4 min ton tikinti gipsi (artım 2,8%), 20,8 min kubmetr betondan yığma tikinti konstruksiyaları (azalma 33,5%), 396,4 min ton asfalt (artım 6,4%) istehsal olunub.
Bundan başqa, yanvar-noyabr aylarında 11 min 410,3 ton emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar (artım 2,5 dəfə), 247,6 min kubmetr tikinti kərpici (azalma 7,1%), 862,2 min ton hazır beton qarışığı (azalma 44,4%) istehsal edilib.
A.Axundov