2006-2015-ci illərdə Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində 50-dən çox yeni istehsal sahəsi yaradılıb. Bunu müdafiə sənayesi naziri Yavər Camalov “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində deyib
Nazir qeyd edib ki, istehsal sahələri müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi məqsədilə yaradılıb.
Bundan əlavə, həmin dövrdə nazirliyin müəssisələrində 25 texnoloji xətt yaradılıb. Yaradılmış istehsal sahələrinin avadanlıq parkını dəstləşdirmək məqsədilə 150-si proqram təminatlı olmaqla 1750-dən çox müxtəlif təyinatlı dəzgah, alət və tərtibat alınıb quraşdırılıb.
F.İsazadə