2006-cı illə müqayisədə 2015-ci ildə istehsal olunmuş mülki məhsulların həcmi 2,9 dəfə artıb. Bunu müdafiə sənayesi naziri Yavər Camalov “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində deyib.
Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti dövründə tabeli müəssisələrdə 450 addan çox mülki və ikili təyinatlı məhsulların istehsalı mənimsənilib, mülki məhsulların yeni növlərinin yaradılması və istehsalı istiqamətində məqsədyönlü işlər davam etdirilib.
Cari ildə ildə proqnoz tapşırığa 102,5% əməl olunub.
Nazir qeyd edib ki, istehsalı mənimsənilmiş mülki məhsullardan əleyhqazı, 12 kalibrli ov tüfənglərini və onların patronlarını, müxtəlif tutumlu akkumulyator batareyalarını, termosları, maskalanma torunu, DVB-T peyk dekoderini, müxtəlif laylı çap lövhələrini, plastik taraları, parket məmulatını, müxtəlif mebel dəstlərini, traktor tırtılını və s. göstərmək olar.
F.İsazadə