Bu gün Bakıda Avropa İttifaqı və Avropa Şurasının dəstəyi və “Şərq tərəfdaşlığı” proqramının “Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində “İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi və media” mövzusunda dəyirmi masa keçirilir.
“Layihənin əsas məqsədi Azərbaycanın daxili qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasıdır”, - deyə Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbərinin müavini Teymur Malik-Aslanov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində jurnalistlərin təhlükəsizliyi və gender bərabərliyinə dair avropalı ekspertlərin tövsiyələri Azərbaycan dilinə tərcümə olunub.
Tədbirdə Prezident Administrasiyası, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Avropa Şurasının ekspertləri və başqaları iştirak edirlər.
R.Babayev