Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən tam orta məktəblərdə işləyən tibb bacılarının bilik və bacarıqlarının artırılması istiqamətində iş aparılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məqsəd məktəblilərin sağlamlıqlarının mühafizəsi və onları zərərli vərdişlərdən çəkindirməkdir.
Bununla əlaqədar Təhsil Nazirliyinin “Sağlam təhsil – sağlam millət” proqramı çərçivəsində İSİM-in dəstəyi ilə 2 №-li Bakı Baza Tibb Kollecinin nəzdində təhsil müəssisələrində tibb məntəqələrinin feldşer və tibb bacıları üçün nümunəvi tematik təkmilləşdirmə kursu yaradılıb.
A.Zeydullayeva