SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı itkin düşmüş 3 neftçinin ailəsinə birdəfəlik maddi yardım ayırıb. Bu barədə şirkətdən məlumat verilib.
“SOCAR-ın Nəqliyyat İdarəsinin itkin düşmüş əməkdaşları - buxar aqreqatının maşinisti Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları Bəhmən Cəfərov və Rövşən Məmmədovun ailələrinə şirkət tərəfindən 15 min manat məbləğində birdəfəlik maddi yardım ayrılıb”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, hadisə dekabrın 4-də saat 12:30-da baş verib. İtkin düşənlərin axtarışı davam edir.
N.Abbasova