"Formula 1" üzrə Avropa Qran Prisinin Bakı mərhələsi üçün biletlərin qiyməti müəyyən olunub.
“İnterfaks-Azərbaycan” agentliyinə Bakı Şəhər Halqası (BakuCityCircuit, BCC) Əməliyyat Şirkətindən verilən məlumata əsasən, qiymətlər 19 manatdan başlayır, maksimum məbləğ 620 manat təşkil edir.
"Formula 1" üzrə Avropa Qran Prisi Bakıda 2016-cı il iyunun 19-da keçiriləcək.
R.Babayev