Bakı mehmanxanalarında 12 min çarpayı-yer var. Bu barədə gənclər və idman naziri, Bakı Şəhər Halqası (BakuCityCircuit, BCC) Əməliyyat Şirkətinin sədri Azad Rəhimov mətbuat konfransında məlumat verib.
“Bu, yarışlar üçün bura gələcək mütəxəssis, idmançı, pilot, xidmət personalı, “Formula-1” komandası ilə hər zaman səyahət edən media nümayəndələrini qəbul etmək üçün kifayətdir. Onlar üçün yerlər artıq bronlaşdırılıb”, - deyə A.Rəhimov vurğulayıb.
O, həmçinin qeyd edib ki, “Formula-1” yarışlarının Bakıda inkişafı üçün Olimpiya kəndinin 13 mehmanxana korpususundan biri istifadə olunan bilər.
R.Babayev