Bu gecə saat 01:00 radələrində Bakının Yeni Günəşli qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnmiş yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Benyamin Qurbanbəyovun idarə etdiyi “Niva” markalı avtomobil yolu keçən iki piyadanı - 40-45 yaşlarında bir kişini və 5-10 yaşlarında uşağı vurub. Hər iki piyada hadisə yerində həlak olub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
B.Rüstəmbəyov