“Texnika Kapital Menecment” MMC adını və hüquqi formasını dəyişib. Bu barədə şirkətdən məlumat verilib.
“Təsisçilərin qərarına əsasən, “Texnika Kapital Menecment” MMC adını və hüquqi formasını dəyişərək “Kapital Menecment” İnvestisiya Şirkəti ASC oldu”, - deyə məlumatda deyilir.
“Texnika Kapital Menecment” 2003-cü ildən fəaliyyət göstərir və “Texnikabank”ın törəmə strukturudur.
A.Axundov