Milli Məclisin bu gün keçirilən plenar iclasında müxtəlif sahələri əhatə edən bir sıra ikitərəfli beynəlxalq sənədlər imzalanıb.
Deputatlar Azərbaycanla Çexiya, Vyetnam, San-Marino, Argentina arasında imzalanmış ikitərəfli sənədlərin təsdiq edilməsinin lehinə səs veriblər.
Bunlar Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə, "Azərbaycan Respublikasının hökuməti ilə Vyetnam Sosialist Respublikasının hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikasının hökuməti ilə Vyetnam Sosialist Respublikasının hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "Azərbaycan Respublikasının hökuməti ilə San Marino Respublikasının hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", "Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair" sazişlərdir.
Milli Məclisin plenar iclasının gündəliyinə ümumilikdə 40 məsələ daxil edilib, onların əksəriyyəti qanunvericiliyə texniki xarakterli düzəlişlərdir.
R.Babayev