Azərbaycanda sənaye parklarına rezidentlərin qoyduğu ümumi investisiyalar 1 mlrd. manat təşkil edir. Bunu iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bu gün “Azərbaycan Respublikasındasənayenin inkişafınadair2015-2020-ci illərüçün Dövlət Proqramın”ın həyata keçirilməsinə həsr olunmuş konfransda bildirib.
“Bu gün Sumqayıt Kimya Sənaye Parkında 4, Balaxanı Sənaye Parkında 4, Qaradağ Sənaye Parkında 1 rezident qeydiyyatdan keçib. Mingəçevir yüksək texnologiyalar parkında müvafiq infrastrukturun yaradılması üzrə iş aparılır. Bu parkların rezidentləri tərəfindən həyata keçirilən layihələrə qoyulan investisiyalar 1 mlrd. manatı üstələyir”,- deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, Balaxanı Sənaye Parkında həyata keçirilən layihələr üçün 10 mln. manat nəzərdə tutulub.
N.Səfərov ölkədə sənaye məhəllələrinin yaradılması üzrə görülən işlər barədə danışıb: “Neftçalada sənaye məhəlləsi 2016-cı ilin birinci yarısında fəaliyyətə başlayacaq. Sənaye məhəlləsində iki rezident qeydə alınıb, daha 17 müraciətə baxılır”, - deyə o qeyd edib.
A.Əzizov