Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 21-nə manatın dollara nisbətən rəsmi məzənnəsini dekabrın 18-də qeydə alınmış 1,0499 manat/$1 səviyyəsinə qarşı 1,55 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat 47,6331% devalvasiya edib.
AMB milli valyutanı il ərzində iki dəfə devalvasiya edib. Fevral ayında manat dollara nisbətən 33,5% ucuzlaşıb.
Birinci devalvasiya nəzərə alınmaqla 2015-ci ildə manat dollara nisbətən 97,1509% ucuzlaşıb.
Mərkəzi Bank dekabrın 21-nə manatın avroya nisbətən rəsmi məzənnəsini dekabrın 18-də qeydə alınmış 1,1394 manat/1EUR səviyyəsinə qarşı 1,685 manat/ EUR səviyyəsində müəyyən edib. Beləliklə manat avroya nisbətən 47,8849% ucuzlaşıb.
Dekabrın 21-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi dekabrın 18-də qeydə alınmış 0,0148 manat/1RUR səviyyəsinə qarşı 0,0218 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 47,2973% ucuzlaşıb.
A.Axundov