Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov “Türk dövlətləri arasında və Avrasiyada regional əməkdaşlığın inkişaf etdirilməsində imkanlar və çağırışlar” mövzusunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Rəsmi Beyin Mərkəzlərinin görüşündə iştirak və çıxış etmək üçün İstanbulda səfərdədir.
Tədbir Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.
Görüşdə “Türkdilli dövlətlər arasında siyasi, sosial, iqtisadi istiqamətlərdə regional əməkdaşlığın inkişaf potensialı”, “Avrasiya regionunda iqtisadi və siyasi inkişaf və onun türkdilli dövlətlərin regional əməkdaşlığına təsiri”, “Türkdilli dövlətlər arasında və regionlarda əməkdaşlığa dair ümumi planın inkişafı (2016-2020)” və s. kimi mövzularda müzakirələr planlaşdırılır.
F.Məmmədovun səfəri dekabrın 22-nə qədər davam edəcək.
R. Babayev