Gəncə Şəhər Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən yekunlaşmaqda olan il ərzində müalicə və reabilitasiya üçün mərkəzə müraciət edən 170 nəfər 1-ci və 2-ci qurup əlil və imtiyazlı şəxsdən 96 nəfəri respublikanın müxtəlif regionlarında yerləşən kurort və sanatoriyalara göndəriliblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“8 nəfər isə istirahət mərkəzlərinə göndərilib. 2015-ci il ərzində Mərkəz tərəfindən 4 nəfər Qarabağ müharibəsi əlilinə, 5 nəfər Çernobol əlilinə, 1 nəfər Böyük Vətən müharibəsi iştirakçısına və hərbi xidmət zamanı əlil olan 4 nəfərə avtomobil verilib”, – deyə Gəncə Şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinin aparıcı məsləhətçisi Rəqsanə Ələsgərova bildirib.
Dekabrın sonuna kimi bu il növbədə olan daha bir neçə əlil vətəndaşa putyovkalar veriləcək.
F. Mehdiyev