Maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Məhəmməd əl Qorçini qəbul edib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Görüş tanışlıq xarakteri daşıyıb.
“Görüşdə Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulanıb və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, dekabrın 21-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Mohammed El Qorchi tanışlıq məqsədilə Bakıya birgünlük səfərə gəlib.
A.Əzizov